Səudiyyə Ərəbistanında üç silahlı şəxsin həyata keçirdiyi hücum nəticəsində dörd əsgər həlak olub, dördü isə yaralanıb.
Ordu.az “Reuters”ə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanının Daxili İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, hadisə ölkənin Yəmənlə sərhəd cənub vilayəti Əsirdə baş verib. Silahlılar təhlükəsizlik qüvvələrinin nəzarət postuna hücum edib. Meydana gələn qarşıdurmada bir silahlı məhv edilib, ikisi isə ələ keçirilib.
Ağalar Ağalarlı
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
Səudiyyə
Silahlı-hücum