Ordu.az “Asahi” nəşrinə istinadən xəbər verir ki, bu barədə hər iki ölkənin hökumətinə yaxın olan mənbələr məlumat yayıb.
İki ölkənin hökumətinin düşüncəsinə görə, nüvə silahının məhvinin tam həcmdə həyata keçirilməsi üçün bu prosesə BMT-nin nəzarəti mütləqdir. Belə ki, müxtəlif sözlərə baxmayaraq ölkələr ayrı-ayrılıqda heç nəyə nail ola bilməyiblər.
Məlumata görə, ABŞ hökuməti dünyadakı gərgin beynəlxalq vəziyyət fonunda KXDR-in nüvəsizləşdirilməsinə nəzarəti yalnız özünün həyata keçirə bilmək iqtidarında olduğunu iddia edir və bu səbəbdən komitəyə rəhbərlik üçün məhz öz namizədliyini irəli sürəcək.
Ağalar Qəribov
Ordu.az