Koreyalararası sammit günündə hərbi təlimlər davam edəcək?

2018/04/76876876879_1524142055.jpg
Oxunub: 4399     20:46     19 Aprel 2018    
Cənubi Koreya və Birləşmiş Ştatlar Koreyalararası sammit günündə təlimlərin davam etdirilib-etdirilməyəcəyinə dair son qərarı verməyib.

Ordu.az “Yonhap”a istinadən xəbər verir ki, bu barədə Cənubi Koreya Müdafiə Nazirliyindən olan rəsmilər bildirib.

Xatırladaq ki, “Bala Qartal” (“Foal Eagle”) təlimləri aprelin birində başladılıb və bir ay ərzində davam etdirilməsi planlaşdırılır. Lakin növbəti həftə Cənub və Şimal arasında baş tutması gözlənilən görüşlə əlaqədar onun dayandırılması müzakirə edilir.

Lakin Cənubi Koreya Müdafiə Nazirliyindən olan rəsmilər müzakirələrin gedişatından təlimlərin gələn həftə də plana uyğun davam edəcək kimi göründüyünü bildiriblər.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Koreyalararası-sammit   Hərbi-təlimlər  


Bizi "telegram"da izləyin