ABŞ ordusu Əfqanıstana yeni briqada göndərəcək

2018/04/1st-stryker-4th-id-2-180045645_1524138110.jpg
Oxunub: 1924     19:40     19 Aprel 2018    
ABŞ Quru Qoşunlarının 101-ci Hava briqadası yay aylarında Əfqanıstana yerləşdiriləcək.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyi məlumat yayıb.

Təhlükəsizlik siyasətindən dolayı Pentaqon yerləşdiriləcək əsgərlərin sayını açıqlamayıb. Briqadanın Əfqanıstandakı üçüncü piyada diviziyasını əvəzləyəcəyi gözlənilir. Onlar NATO və ABŞ əsgərləri üçün logistik əməliyyatlar, ərzaq, su, yanacaq, sursat təminatını təşkil edəcəklər.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Əfqanıstan   Qoşunlar  


Bizi "telegram"da izləyin