Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Cənubi Koreya prezidenti Mun Cae-in bəyan edib.
“Şimali Koreya tam nüvəsizləşmə niyyətini ifadə edib və əvəzində ABŞ-ın qəbul edə bilməyəcəyi tələblər irəli sürməyib. Belə tələblərə Cənubi Koreyadan ABŞ qoşunlarının çəkilməsi də daxildir”, - deyə o bildirib.
O əlavə edib ki, nüvə silahları və raket proqramından imtina etməyin qarşılığı olaraq Kim Çen In hökuməti sadəcə özünə qarşı düşmən siyasətin bitməsini və təhlükəsizliyinə zəmantə verilməsini istəyir.
Ağalar Ağalarlı
Ordu.az