Movses Hakobyan Ermənistanın forpost ölkə olduğunu təsdiq etdi

2018/04/1321_1522744948.jpg
Oxunub: 1371     16:43     03 Aprel 2018    
Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının rəisi, general-polkovnik Movses Hakobyan Üç Təpədə yerləşən Rusiyanın hərbi bazasında Rusiya Silahlı Qüvvələrinin yerləşdirilməsinə dair sualları cavablandırıb.

Ordu.az xəbər verir ki, bu barədə Lragir.am saytı məlumat yayıb.

Verilən suallardan biri Hakobyanı qəzəbləndirib və o, bir daha əlaqəsiz və aqressiv cavab verməkdən yayına bilməyib.

"Nə oldusa, qanuni bir şəkildə edildi. Qərarınız yoxdur? Bu, bizim qərarımızdır, qərar verəcəyik... Sizin üçün maraqlı olmaz, bu, bizim strategiyadır... İctimaiyyətə xəbər veriləcəkdir", - deyə Hakobyan bildirib.

Rusiya tərəfi isə bəyan edib ki, Ermənistan Silahlı Qüvvələri bu məsələni, o cümlədən hüquqi prosedurları nəzərdən keçirəcəyini vurğulayıb.

Öz növbəsində, Movses Hakobyan, əslində, Ermənistanda baş verilənlərin qanuni olaraq həyata keçirildiyini bildirir.

Qeyd etmək lazımdır ki, Ermənistan hökuməti Rusiyanın ölkə ərazisində hərbi mövcudluğuna, hətta bu mövcudluğun hərbi polislə genişləndirilməsinə normal yanaşdığını açıqlayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Rusiya  


Bizi "telegram"da izləyin