Rusiya Ermənistana üçüncü krediti verəcək? - İDDİA

2018/04/1306_1522738357.jpg
Oxunub: 4254     14:46     03 Aprel 2018    
Rusiya Ermənistana növbəti – sayca üçüncü müdafiə krediti ayıra bilər.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Jamanak” qəzeti idda edir.

İddiaya görə, Rusiyanın Ermənistana ayıracağı üçüncü kredit ilk ilk kreditdən fərqli olaraq faizsiz xarakter daşıya bilər.

Ayrılması barədə bəhs edilən kredit əsnasında Rusiyanın Ermənistanı “İsgəndər” kompleksləri ilə təchiz edəcəyi də iddialardan biridir. Əgər Rusiyanın ikinci – 100 milyon dollarlıq krediti çərçivəsində “İsgəndər”lərin alınması mümkün deyildisə, demək ki, yeni kreditin məbləği 200 milyon dollar və daha artıq olmalıdır.

Erməni KİV-lərinin bütün bu iddialarına baxmayaraq Rusiyanın Ermənistanı “İsgəndər” kompleksləri ilə təchiz edəcəyi o qədər də inandırıcı deyil. Belə ki, bu komplekslərin təchizatı artıq Rusiyanın Ermənistana ayırdığı ilk kredit müqaviləsində nəzərdə tutulmuşdu, lakin rəsmi Bakı bununla regionda güc balansının pozulması barədə Rusiyaya etiraz etdi.

Əgər hazırda Rusiyanın Cənubi Qafqazda balanslaşdırılmış siyasət aparmağa çalışdığını nəzərə alsaq, erməni xülyasının realizə edilməsinə görə daha hazırda həm də Türkiyə ilə əlaqələrin möhkəmlənməsi fonunda daha mühüm strateji rola malik Azərbaycanla əlaqələrin pozulması o qədər də real görünmür.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Ermənistan   Azərbaycan   İsgəndər   Müdafiə-krediti  


Bizi "telegram"da izləyin