Vanadzor ofisi hesabat yaydı: 2018-ci ildə Ermənistan ordusunun itkiləri

2018/04/456456_15129780823423_151472123534_1522697787.jpg
Oxunub: 4086     14:03     03 Aprel 2018    
Helsinki Vətəndaşlıq Assambleyasının Vanadzor ofisi 2018-ci ilin ilk 3 ayı ərzində Ermənistan ordusunda qeydə alınmış itkiləri təqdim edir.

Ordu.az erməni KİV-lərinə isbtinadən xəbər verir ki, bu məlumatlar rəsmi mənbələrdə və KİV-lərdə yayılan məlumatlara əsasən hazırlanıbr.

2018-ci ilin 1-ci rübündə Ermənistan ordusunda qeydə alınan 11 ölüm hadisəsindən, 9 hadisə Qarabağdakı qanunsuz hərbi birləşmələrdə, 2 hadisə isə Ermənistandakı hərbi hissələrdə baş verib.

Bunlardan 3 hal atəşkəs rejiminin pozulması, 4 hal bədbəxt hadisə nəticəsində, 2 hal səhhəti ilə əlaqədar, 1 hal öldürmə, 1 hal özünəqəsd və ya özünəqəsd həddinə çatdırma olaraq qeydə alınıb.

Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyi (MN) dəfələrlə erməni silahlı bölmələrində qeydə alınan itkilərin açıqlanan rəsmi rəqəmlərdən daha çox olduğunu bəyan edib. Nazirlik bildirib ki, erməni hərbi rəhbərliyi silahlı qüvvələrdə baş verən çoxsaylı itkini əhalidən gizlədir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Erməni-ordusu   Ölüm  


Bizi "telegram"da izləyin