Aprel döyüşlərindən iki il sonra düşmən nə düşünür? - Joğovurd cavabladı

2018/04/23423_1522659937.jpg
Oxunub: 2284     17:00     02 Aprel 2018    
"Serj Sarkisyan da aprel müharibəsində 80-ci illərin texnikası ilə döyüş apardıqlarını etiraf edib. Lakin aprel müharibəsinə qədər həmin bu hakimiyyət erməni xalqına tam əksini deyərək, illərlə yalan danışıb".

Ordu.az xəbər verir ki, bu barədə "Joğovurd" nəşri aprel döyüşlərinin ikinci ildönümü münasibətilə dərc etdiyi məqalədə qeyd edib. Məqaləni sizə olduğu kimi təqdim edirik:

"Baş verənlərdən nəticə çıxarılmasına kifayət qədər yetərli zaman vardı. Aprel müharibəsi illərdir Ermənistan ordusunda davam edən korrupsiya nəticəsində yaranmış problemləri ortaya çıxardı. Baş nazir Karen Karapetyanın aprel ayında keyfiyyətsiz yanacaq ucbatından hərbi texnikanların işə düşməməsinə dair çoxlu faktlar olduğu barədə erməni parlamentindəki bəyanatı təsadüf deyil. Məlum olur ki, bir çox hallarda erməni əsgərlərinin kifayət qədər güllə ehtiyatı olmayıb. Serj Sarkisyan da aprel müharibəsində 80-ci illərin texnikası ilə döyüş apardıqlarını etiraf edib. Ancaq aprel müharibəsinə qədər həmin bu hakimiyyət erməni xalqına tam əksini deyərək, illərlə yalan danışıb.

Baş verənlərdən 2 il sonra yalnız ön xətt mövqeləri, təbii olaraq erməni vətəndaşların və xaricdə yaşayan ermənilərin xeyli maliyyə ianələri hesabına yeni avadanlıqlar quraşdırılmaqla qaydaya salınıb.

Ermənistan Rusiyadan aldığı kreditlər hesabına yeni silahlar alıb. Ancaq bu vəziyyətə görə cavabdeh olan rəsmi məmurlar hər hansı cinayət məsuliyyətinə cəlb edilmədilər. Onların bəziləri yalnız vəzifələrindən çıxarıldı. Aprel müharibəsi həm də öz siyasi “dərslərini” verməklə, Dağlıq Qarabağ münaqişəsinin tezliklə həll edilməsinin zəruri olduğunu sübut etdi".

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Aprel-döyüşləri   Dərslər  


Bizi "telegram"da izləyin