Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə onun anası Lilifar Andreasyan bildirib.
Arman Andreasyan, Cəbrayılda qanunsuz hərbi birləşmələrdən birinin tərkibində qulluq edib. Hazırda Andreasyanlar ailəsi pis sosial şəraitdə yaşayırlar. Ölən erməni hərbi qulluqçu Arman Andreasyanın anası xəstədir, başında əməliyyat aparılması üçün 2 mln 200 min erməni dramı tələb olunur.
Onun sözlərinə görə, erməni hakimiyyət nümayəndələri aprel döyüşlərində ölən hərbi qulluqçuların ailələrinin həyat şəraiti ilə maraqlanmırlar. O, Ermənistan müdafiə nazirliyinə, Serj Sarkisyana müraciət etdiyini, lakin müraciətlərin nəticəsiz qaldığını qeyd edib. Ölən hərbi qulluqçunun atasının da xəstə olduğu bildirilir.
"Hakimiyyət nümayəndələri bizi aldadırlar, bu sahibsiz ölkədə bərabərlik və ədalət yoxdur. Mal damı tikintisinə, evin təmirinə söz verdilər, lakin söz olaraq qaldı. Sonra bir-birinin üstünə atmaqla, bizi get-gələ saldılar. 2016-cı ildə ara bir gəlib gedən olurdu, lakin sonralar hamı bizi unutdu", - deyə ölən erməni əsgər anası şikayətlənib.
Xatırladaq ki, Şirak vilayətinin Mets Mantaş kənd sakini müddətli xidmət hərbi qulluqçusu Arman Andreasyan aprel döyüşləri zamanı mövqelərimizə qarşı təxribatçı əməliyyatlarda iştirak edərkən məhv edilib.
Alpər Mövludoğlu
Ordu.az