Erməni əsgər anaları etiraza qalxdı: "General Bağmanyanı istintaqa cəlb edin"

2018/03/1497346678_3_15091837424534_1513269789_1522345680.jpg
Oxunub: 3627     01:38     30 Mart 2018    
"General Haykaz Bağmanyanı istintaqa cəlb edin, mənim oğlumu öldürüblər".

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu gün Ermənistan hökumət binası qarşısında sülh dövründə ölən erməni hərbçilərinin valideynləri yenə də etiraz aksiyası keçirib.

"Mənim oğlumu öldürüblər. Haykaz Bağmanyanı və ziyanverici generalları sorğulayın", - deyə ölən erməni əsgərlərindən birinin anası Qohar Sarkisyan bildirib.

Xatırladaq ki, Qohar Sarkisyanın oğlu Tiqran Ohancanyan 2007-ci ilin 30 avqust tarixində saat 22:45 radələrində hərbi hissənin rabitə qovşağının yaxınlığında radiorele stansiyasını saxlayan məftilə toxunub və cərəyan vurması nəticəsində ölüb. Lakin onun anası illərdir ki, oğlunun öldürüldüyünü və əlində bunu sübut edən faktlar olduğunu qeyd edir.

“Qara paltarlı analar” şərti adını almış etiraz aksiyası iştirakşıları bildirirlər ki, sağ olduqları müddət boyunca bunu məmurların həzm etməsinə imkan verməyəcək və övladlarının cinayət işlərinin dalana dirənməsini onların burunlarından gətirəcəklər.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Etiraz   Əsgər-anaları   Ölüm  


Bizi "telegram"da izləyin