Xızıda top mərmisi tapılıb

2018/03/1138_1522232467.jpg
Oxunub: 3850     18:21     28 Mart 2018    
Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən və Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən martın 28-də Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə Xızı rayonunun Şurabad kəndi ərazisində mərminin tapılması barədə məlumatlar daxil olub.

ANAMA-dan Ordu.az-a verilən məlumata görə, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri tərəfindən yuxarıda adı qeyd olunmuş ərazidə yol kənarına baxış keçirilib, nəticədə 1 ədəd 100 mm-lik top mərmisi (BK-3) aşkar olunub və zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ANAMA   Mərmi  


Bizi "telegram"da izləyin