Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu gün keçirdiyi mətbuat konfransında Ermənistan müdafiə nazirinin müavini, hərbi sənaye komitəsinin sədri Davit Paxçanyan ehtimal olunan ABŞ sanksiyaları barədə danışıb.
O bildirib ki, sanksiyalar əlbəttə narahatlıq doğurur, ancaq təhlükəsizliyin təmin edilməsi əsas tapşırıqdır və bu işdə həmin məsələ rəhbər tutulur.
Xatırladaq ki, daha öncə ABŞ tərəfindən Rusiya hərbi sənaye şirkətlərinə qarşı sanksiyalar tətbiq ediləcəyi barədə bəyanatlar verilib. Bununla yanaşı, ABŞ-ın Ermənistandakı səfiri vasitəsilə hökumətə sanksiyalarla bağlı xəbərdarlıq məktubu da çatdırılıb.
Alpər Mövludoğlu
Ordu.az