Erməni polkovnikdən Sarkisyana qarşı çağırış: "Millət olaraq küçələrə çıxmalıyıq"

2018/03/SxeTIXSWPdOhYnWwXBfpsgdwN632432_1511778153_1521620013.jpg
Oxunub: 3193     21:10     21 Mart 2018    
"Hakimiyyət Sefilyanı və digərlərini 10 il azadlıqdan mərhum etməklə xalqı qorxudur ki, baxın, görün heç nədən milli qəhramanı 10 həbs edirik. Kim ora düşərsə daha çıxmayacaq, yaxud gərək səssiz-səmirsiz biz xəyanətkarlara qulluq edəsiniz".

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu Jirayr Sefilyan və digərlərinin işi üzrə hökmün elan olunmasından sonra keçmiş döyüşçü Volodya Avedisyan deyib.

Avedisyan bildirib ki, hazırda Ermənistanda insanların yaşayışla bağlı problemləri mövcuddur və onlar küçələrə çıxmalıdırlar.

"Yaranmış bu vəziyyət bu xəyanətkar hakimiyyətin yürütdüyü siyasətin nəticəsidir. Biz məgər bir qarın çörək üçün yaşayırıq? Millət olaraq küçələrə çıxmalıyıq" - deyə keçmiş döyüşçü çağırış edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Sarkisyan-rejimi   Etiraz  


Bizi "telegram"da izləyin