Samsunda 4 İŞİD üzvü tutulub

2018/03/98436514354864_1520255359.jpg
Oxunub: 2414     20:59     05 Mart 2018    
Türkiyənin Samsun vilayətində İŞİD terror təşkilatına qarşı aparılan əməliyyat nəticəsində 4 şübhəli ələ keçirilib.

Ordu.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, şübhəlilər Samsun Təhlükəsizlik İdarəsi Terrorla Mübarizə şöbəsinin Milli Kəşfiyyat Təşkilatı ilə birlikdə həyata keçirdiyi əməliyyat nəticəsində ələ keçirilib.

Məlumata görə, ələ keçirilən terrorçular İraq vətəndaşıdır və onlar ABŞ-ın Ankaradakı səfirliyinə hücuma hazırlaşırmış.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   İŞİD  


Bizi "telegram"da izləyin