Tacan İldem: “Türkiyə NATO-ya dəyərli dəstək təmin edir”

2018/03/6072504446546_1520251966.jpg
Oxunub: 1815     20:11     05 Mart 2018    
“Türkiyə NATO-nun əhəmiyyətli üzvüdür və alyansa olduqca dəyərli dəstək təmin edir”.

Ordu.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, bu fikirləri NATO-nun ictimai diplomatiya üzrə Baş katibin köməkçisi Tacan İldem səsləndirib.

“Türkiyə 1952-ci ildən etibarən NATO-nun olduqca mühüm coğrafiyada yerləşən əhəmiyyətli üzvü olaraq qalır. O, alyansa Əfqanıstan və Kosovo əməliyyatlarında, İŞİD-ə qarşı müharibədə böyük dəstək təmin edib”, - deyə İldem əlavə edib.

O, eyni zamanda NATO-nun Türkiyəni dənizlərdə və havada dəstəklədiyini və öz raketdən müdafiə sistemləri ilə ölkəyə havadan müdafiəni təmin etdiyini əlavə edib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə-NATO   İŞİD  


Bizi "telegram"da izləyin