Səudiyyə Ərəbistanı 3 əsgərin ölümünü təsdiqləyib

2018/03/641919000000_169_10246456_1520250543.jpg
Oxunub: 2308     19:50     05 Mart 2018    
Səudiyyə Ərəbistanının yerli mətbuat orqanları Yəmənlə sərhəd vilayətlərindəki hücum nəticəsində 3 əsgərin öldüyünü təsdiqləyib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, hadisə Cizən və Nəcran vilayətində baş tutub.

Cizənin Qəmər kəndində husi snayperlərinin atəş açması nəticəsində 2 əsgər həlak olub. Nəcranda isə daha bir əsgər husi qiyamçılarının hücumuna məruz qalaraq dünyasını dəyişib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Səudiyyə   Yəmən   Husilər  


Bizi "telegram"da izləyin