Ordu.az “TRTWorld”ə istinadən xəbər verir ki, altı nəfərin öldürülməsindən sonra Kəşmirdə fövqəladə hal elan olunub. Məktəblər və iş yerləri hələ də bağlıdır.
Hindistan ordusu üsyançıların Sofian zonasındakı nəzarət məntəqəsinə hücum etdiyini iddia edir. İddiaya görə, hücum nəticəsində həmin şəxslər və onlarla əlaqəli olan 3 nəfər öldürülüb.
Polis isə bir 4 mülki vətəndaşın və onlardan bir qədər kənarda isə üsyançı olduğu iddia edilən şəxslərin cəsədinin tapıldığını bildirib.
Ağalar Ağalarlı
Ordu.az