Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Əfqanıstan Müdafiə Nazirliyi məlumat yayıb.
Müdafiə Nazirliyinin məlumatına görə, hadisə Kabilin Qəmbər meydanı yaxınlığında yerləşən Marşal Fəhim hərbi akademiyasında baş verib.
Nazirliyin sözçüsü Dövlət Vəziri helikopterdə olan hər kəsin yaralandığını, lakin vəziyyətlərin stabil olduğunu bildirib. Onun sözlərinə görə, yaralan beş nəfərin hamısı xarici kontraktordur. Lakin bu şəxslərin hansı ölkənin vətəndaşı olması ilə bağlı məlumat verilməyib.
Ağalar Ağalarlı
Ordu.az