Ordu.az İran KİV-lərinə istinadən xəbər verir ki, bu barədə İran Silahlı Qüvvələri Baş Qərargah rəisinin müavini general Məsud Cəzayiri bildirib.
“Ölkənin müdafiə gücünün təkmilləşdirilməsi davam edəcək. Heç bir xarici dövlətə bu sahəyə qarışmağa imkan verilməyib.”, deyə Cəzayiri qeyd edib.
O, Fransa Xarici İşlər naziri Jan-İv Lö Drianın ölkəyə səfərinə də toxunaraq, sadəcə regional məsələlərin müzakirə ediləcəyini və ölkənin raket proqramının müzakirə mövzusu olmayacağını dilə gətirib.
Ağalar Ağalarlı
Ordu.az