Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, təlimlərdə ABŞ-dan 2500, İsraildən isə 2000 əsgər iştirak edir.
Hərbi əməkdaşlığın gücləndirilməsi və təcrübə mübadiləsinin həyata keçirilməsini təmin etməyi hədəfləyən təlimlərin bir həftə ərzində davam etdiriləcəyi bildirilir.
Qeyd edək ki, birgə qüvvələrin müdafiə hazırlığını artırmaq məqsədilə keçirilən bu təlimlər 2001-ci ildən etibarən hər il baş tutur.
Ağalar Ağalarlı
Ordu.az