Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Çin Pilot Uçuşları Proqramının baş konstruktoru Çjou Tzyanpin bəyan edib.
“Təxminən 2020-ci ildə sınaq üçün əsas modulunun baraxılışını həyata keçirməyi planlaşdırırıq”, - deyə Tzyanpin bildirib.
O qeyd edib ki, əsas modulun orbitə çıxarılmasından sonra diqqət stansiyanın idarəetmə sistemlərinə yönəldiləcək.
“Daha sonra buraya yük gəmisi, ardınca kosmonavtların olduğu gəmi göndəriləcək. Bütün konstruksiyanın ümumi montajı 2022-ci ilədək tamamlanmalıdır”, - deyə Tzyanpin vurğulayıb.
Ağalar Qəribov
Ordu.az