Rusiyanın böyük hərbi quruculuğu: Niyə Amerika bu qədər şokdadır?

2018/03/67567_1520241254.jpg
Oxunub: 2485     17:54     05 Mart 2018    
Amerika müdafiə rəsmiləri Rusiya prezidenti Vladimir Putinin 1 martda Kremlin ABŞ-ın raketdən müdafiə sistemlərinin öhdəsindən gələ biləcək yeni strateji nüvə silahlar hazırlamasını vurğulayan çıxışından təəccüblənmədi. Əslində Rusiya rəsmiləri Putinin adını çəkdiyi qabiliyyətlərin əksəriyyəti haqqında illərdir ki, rus dilində açıq şəkildə danışrdılar.

“Əlbəttə, prezident Putinin dünənki fikirlərini diqqətə almağa dəyər. Lakin onlar sadəcə Rusiya rəsmilərinin illərdir ictimai şəkildə dilə gətirdiyi mülahizələrdən bir neçəsi idi”, - deyə Vaşinqtondakı Beynəlxalq Strateji Araşdırmalar Mərkəzində çıxış edən Pentaqonun siyasət üzrə nümayəndəsi Con C. Rud bildirib.

Rud qeyd edib ki, Vaşinqtonun xarici siyasət intelligentlərinin çoxu rus dilli medianı izləmir – ya da bunu edəcək qədər rus dili biliklərinə malik deyillər. Lakin rus dilli mətbuatı izləyənlər üçün Putinin şərhləri heç də təəccüblü gəlməyib.

“Bizim şərhçilərimizin əksəriyyəti hələ də xarici media mənbələrini oxumuruq. Əgər rus dilli medianın bir neçəsini izləsəydiz bu tipli fikirlərin daha böyük nümunələrinə rast gələrdiniz”, - deyə Rud əlavə edib.

“Buna görə də, Prezident Putin ağız dolusu izah versə də, düşünürəm ki, bu şərhlərin elementləri müxtəlif zamanlarda və məkanlarda o və digərləri tərəfindən daha öncə də açıqlanıb. Buna görə də, bu kontekstdən çox da təəccüblənmədim”, - deyə o bildirib.

Əsas diqqət yetirilməli olan məsələ isə Birləşmiş Ştatlarla Rusiya arasındakı qarşılıqlı əlaqələrin enən trayektoriya izləməsidir.

“Rusiyanın izlədiyi istiqamət narahatvericidir. Bizim bir çoxumuzun illər ərzində ABŞ və Rusiya arasında daha yaxın münasibətlərin ərsəyə gətirilməsinin yollarını tapmağa çalışdıq. Lakin düşünürəm ki, bizim milli təhlükəsizlik strategiyamız və milli müdafiə strategiyamızda göstərildiyi kimi, biz yenidən dünya güclərinin rəqabət erasına daxil olmuşuq və Rusiya açıq şəkildə bu yanaşmanı seçib”, - deyə Rud bildririb.

Onun sözlərinə görə, Rusiyanın hərbi təlimləri, xüsusilə nüvə sınaqları açıq olaraq Birləşmiş Ştatlar və NATO-nu düşmən kimi müəyyənləşdirir.

“Bəzi genişmiqyaslı Rusiya təlimləri NATO və ABŞ-ı hədəf seçib. Nəticədə Rusiyanın hazırladığı və təkmilləşdirdiyi imkanları özümüzə təhdid kimi görürük. Buna görə də, zənnimcə biz bu ölkənin oriyentasiyasının istiqamətlərini diqqətə almalıyıq. Rusiyanın nüvə doktrinası hələ də nüvə silahlarının elə bir formada istifadəsini vurğulayır ki, ABŞ-ın geridə qoyduğumuz illərdəki doktrinalarında belə bir şey olmayıb.

Eyni zamanda Rusiyanın qabiliyyətləri, onun seçdiyi istiqamət, nüvə silahlarının roluna dair verdiyi bəyanatlar haqqında narahatlığımızı dilə gətirməliyəm. Şəxsən həmin nitqdəki şərhlərdən çox da təəccüblənmədim. Lakin bu o demək deyil ki, mən bundan məmnunam. Lakin anlamaq lazımdır ki, bu və ya buna bənzər fikirlər Rusiya hökuməti tərəfindən daha öncələr də dilə gətirilib”, - deyə Rud fikirlərini tamamlayıb.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ-Rusiya   Strateji-silahlar  


Bizi "telegram"da izləyin