Kəşmirdə gərginlik: Hindistan əsgərləri 4 mülki sakini öldürdü

2018/03/India-Kashmir-Top-Rebel-Killed-727x485456456_1520240356.jpeg
Oxunub: 3133     17:34     05 Mart 2018    
Kəşmirin Hindistan nəzarətindəki hissəsində 4 mülki vətəndaşın öldürülməsindən sonra əhalinin küçələrə axışması nəticəsində ərazidəki məktəblər və iş yerləri bağlanıb.

Ordu.az “Washington Post”a istinadən xəbər verir ki, dünən Kəşmirin Sofian bölgəsində Hindistan əsgərlərinin açdığı atəş nəticəsində 3 mülki şəxs həlak olub.

Məlumata görə, küçələrdə Hindistan ordusuna qarşı etiraz aksiyaları keçirən yüzlərlə kəşmirli Yeni Dehlinin Kəşmir üzərindəki idarəçilikdən əl çəkməsini tələb edir. Nümayişlərin eyni zamanda bir neçə yerdə davam etdiyi, polislər və yarımhərbi qüvvələrin etirazçıların qarşısını almağa çalışdığı bildirilir.

Qeyd edək ki, Kəşmir Hindistan və Pakistan arasında iki hissəyə bölünüb. Hindistan nəzarətindəki ərazinin əhalisi 1989-cu ildən etibarən hökumətə qarşı mübarizə aparmaqla Pakistana birləşməyi tələb edir. Hindistan ordusunun buna qarşı silahlı müqavimət göstərməsi nəticəsində 1989-cu ildən bu vaxta qədər təqribən 70 min insan həlak olub.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kəşmir   Hindistan-Pakistan  


Bizi "telegram"da izləyin