ABŞ-ın atom aviadaşıycısı 1975-dən sonra ilk dəfə Vyetnama gəlib

2018/03/149266902864_20170421345646_1520240026.jpg
Oxunub: 4392     16:52     05 Mart 2018    
ABŞ Hərbi Dəniz Qüvvələrinin atom aviadaşıyıcısı “Carl Vinson”un başçılıq etdiyi döyüş gəmiləri qrupu 1975-ci ildə müharibənin bitməsindən sonra ilk dəfə Vyetnama gəlib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Vyetnamın yerli “Tuoi Tre” nəşri hökumət mənbələrinə istinadən xəbər yayıb.

“Carl Vinson” və onu müşayiət edən gəmilərdə ümumilikdə 6 min hərbçi var.

Qeyd edək ki, gəmilər indi Dananq şəhərinin limanındadır. Gəmilərin burada daha 5 gün qalacağı planlaşdırılır.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Vyetnama   Carl-Vinson  


Bizi "telegram"da izləyin