Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə BMT-nin Suriya böhranı üzrə humanitar dəstəyinin koordinatoru Panos Moumtis bəyan edib.
“BMT Təhlükəsizlik Şurasının atəşin dayandırılması barədə 2401 saylı qətnaməsinin qəbul edilməsindən bir həftə sonra hələ də milyonlarla dinc sakinin həyatına görə narahatçılıq keçirirəm”, - deyə Moumtis bildirib.
O qeyd edib ki, qətnamə atəşkəsin əldə olunması ilə nəticələnmədi, hətta bəzi mövqelərdə döyüşlərin şiddətlənməsinə səbəb oldu.
Ağalar Qəribov
Ordu.az