Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə İran prezidenti Həsən Ruhani bəyan edib.
“Biz Yəməndə hərbi cinayətlərə şahidlik edirik və bu səbəbdən Səudiyyə Ərəbistanı və ərəb koalisiyasını silahla təchiz edənlər məsuliyyətə cəlb edilməlidirlər”, - deyə İran lideri Fransa prezidenti Emmanuel Makronla telefon danışığı çərçivəsində bildirib.
Ruhani həmkanının diqqətini koalisiyanın bombardmanı sayəsində Yəməndə humanitar vəziyyət sahəsində yaranan problemlərə də yönəldib.
“Paris və Avropanı bu ölkənin sakinlərinə yardım etməyə və onları dəstəkləməyə səsləyirəm”, - deyə Ruhani vurğulayıb.
Ağalar Qəribov
Ordu.az