Makron və Ərdoğan Şərqi Quta böhranını müzakirə ediblər

2018/03/4654645567567_1520235552.jpg
Oxunub: 1753     15:40     05 Mart 2018    
Fransa prezidenti Emmanuel Makron Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla telefon danışığı keçirərək Şərqi Qutadakı vəziyyəti müzakirə edib.

Ordu.az xəbər verir ki, bu barədə Yelisey sarayı tərəfindən məlumat yayılıb.

“Makron həmsöhbəti ilə Dəməşqin BMT qətnamələrini qəbul etməli olması barədə fikir mübadiləsi aparıb. O qeyd edib ki, iran və Rusiyada Suriyaya təsir etməlidir”, - deyə məlumatda bildirilir.

Həmçinin prezidentlərin Suriyada vəziyyətin siyasi həlli üçün axtarışları davam etdirməyə dair razılaşdıqları qeyd edilir.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin