Misir Silahlı Qüvvələrinin Sinay yarımadasında terrorçulara qarşı həyata keçirdiyi “Sinay 2018” hərbi əməliyyatı nəticəsində son olaraq daha 10 terrorçu məhv edilib.
Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bununla da əməliyyatların başlanğıcından bu yana zərərsizləşdirilən terrorçu sayı yüzü ötüb.
Eyni zamanda sonuncu hücumlar zamanı 4 əsgərin də həlak olduğu bildirilib. Qeyd edək ki, əməliyyat zamanı ümumilikdə həlak olan əsgər sayı 16-ya çatıb.
Ağalar Ağalarlı
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
Misir
Sinay-əməliyyatı
İŞİD