Fransa XİN: İran raketləri böyük təhdiddir

2018/03/6112664_89445645_1520235220.jpg
Oxunub: 2168     15:32     05 Mart 2018    
İran özünün ballistik raket proqramına nəzarət etməlidir, yoxsa bu, İrana qarşı yeni sanksiyalara gətirib çıxara bilər”.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu fikirləri Fransa Xarici İşlər naziri Jan-İv Lö Drian səsləndirib.

İrana səfər öncəsi jurnalistlərlə görüşən nazir həmçinin İranın Yaxın Şərqdəki böhranları həll etmək üçün də daha pozitiv davranış sərgiləməli olduğunu bildirib.

“Minlərlə kilometr uçuş edə bilən raketlərlə bağlı proqramlar var ki, bu BMT TŞ-nin qətnamələrinə uyğun gəlmir. Həmçinin, bu proqramın hədəfi İranın sərhədlərinin müdafiəsi üçün zəruri ehtiyacları da aşır”, - deyə o əlavə edib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Fransa-İran   Raketlər  


Bizi "telegram"da izləyin