İraq qüvvələri ilə İŞİD arasındakı döyüşlərdə ən azı 23 nəfər ölüb

2018/03/isis-iraq-7595646_1520235109.jpg
Oxunub: 3243     15:29     05 Mart 2018    
İraq Təhlükəsizlik Qüvvələri ilə İŞİD döyüşçüləri arasında baş verən sonuncu qarşıdurmalarda ən azı 23 nəfər ölüb, 22 nəfər isə yaralanıb.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, ən qanlı qarşıdurma Həvicədə baş verib və bu zamanı 20 terrorçu məhv edilib.

Eyni zamanda həmin ərazidəki döyüşlərdə əlavə 15 terrorçunun da yaralandığı ehtimal edilir.

Təl Keif, Tuz Xurmatu və Kərkükdəki fərqli-fərqli atışmalarda isə ümumilikdə 3 polis zabiti həlak olub, 7 nəfər isə xəsarət alıb.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İraq   İŞİD  


Bizi "telegram"da izləyin