Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Ümumçin Xalq Nümayəndələri Məclisinin illik sessiyasının açılışında Çin Dövlət Şurasının baş baziri Li Kesyan bəyan edib.
“Ümumilikdə Çin Xalq Azadlıq Ordusunun 300 min nəfərədək azaldılması üzrə işlər yükunlaşıb”, - deyə Kesyan bildirib.
Son illərə qədər Çin ordusunun kəmiyyəti 2,3 milyon insan qiymətləndirilirdi. Lakin sonradan keçirilən islahatlar çərçivəsində ordunun 300 min nəfərədək məhdudlaşdırılması barədə qərar qəbul edildi.
Qeyd edək ki, Çin ordusu xidmət edənləri kəmiyyyəti baxımından dünyanın ən böyük ordusudur.
Ağalar Qəribov
Ordu.az