Çinin hərbi büdcəsi 175 milyard dollaradək artacaq

2018/03/4538913-744x400345345_1520232526.jpg
Oxunub: 3193     14:50     05 Mart 2018    
2018-ci ildə Çinin müdafiə xərcləri 8,1 faiz – 175 milyard dollaradək artacaq.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Ümumçin Xalq Nümayəndələri Məclisinin illik sessiyasında təqdim edilən hökumət hesabatında bildirilir.

2017-ci ildə öz həcminə görə dünyanın ikinci ən böyük hərbi büdcəsi olan Çin müdafiə büdcəsi tarixdə ilk dəfə 150 milyard dolları keçib.

Bir sıra beynəlxalq təşkilatlar Çinin rəsmi açıqlamalarda hərbi büdcəni aşağı rəqəmlərlə ifadə etdiyinə dair fikirlər irəli sürür.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Çin   Hərbi-büdcə  


Bizi "telegram"da izləyin