Suriya qoşunları üsyançıların mühasirəsinə doğru irəliləyir

2018/03/4535345_1520232139.jpg
Oxunub: 3135     14:40     05 Mart 2018    
Suriya hökumət qüvvələri üsyançıların anklavında olan Şərqi Qutaya doğru irəliləməklə yeni ərazilər ələ keçirib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu vaxta qədərki ən böyük qələbələrini qazanan hökumət qüvvələri şəhər ərazisinin 25%-ni ələ keçirib.

Eyni zamanda jurnalistlərlə görüş keçirən Suriya prezidenti Bəşər Əsəd paytaxt Dəməşq yaxınlığındakı Şərqi Qutaya doğru hücumların davam edəcəyini bildirib. O hərbi əməliyyatların dayandırılmasının və ya hansısa atəşkəsin bərqərar edilməsinin müzakirə mövzusu olmadığını vurğulayıb.

Həmçinin, Bəşər Əsəd toksik qazlardan istifadə edilməsinə dair iddiaları da təkzib edərək, bu kimi iddiaların qərb ölkələrinin yalanlarından başqa bir şey olmadığını bildirib.

Qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatı isə hücum altında olan regionda yaşayan 70 minə yaxın insana humanitar yardım çatdırmağı planlaşdırdığını açıqlayıb. BMT yardımın əraziyə çatdırılmasına dair hökumətdən icazənin alındığını bildirib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Suriya-böhranı   SQQ   Şərqi-Quta  


Bizi "telegram"da izləyin