Ordu.az xəbər verir ki, bu fikirlər “Breitbart News” agentliyinin nəşr etdirdiyi yazıda qeyd olunub.
Yazıda ABŞ və Çin arasındakı ticari status kvonun Amerikanın milli maraqlarına zidd olduğu irəli sürülərək, Donald Trampın Çinə qarşı tarifləri yüksəltməklə bütöv iqtisadi millətçilik amalları təriflənib.
Qeyd edilir ki, ABŞ azad ticarət dəyərlərini bütün dünyada müdafiə etməklə məşğul olduğu bir vaxtda Çin iqtisadiyyatda ayrı-seçkilik yaradaraq, dempinq siyasəti tətbiq edərək öz üstünlüyünü ortaya qoymağı bacarıb.
Ağalar Ağalarlı
Ordu.az