ABŞ hipersəs silahının sınaqlarının müddətini açıqlayıb

2018/03/X-51A_Waverider-840x4204576456_1520231352.jpg
Oxunub: 2893     14:27     05 Mart 2018    
“Pentaqon hipersəs texnologiyaları sahəsində işlər aparır və silahın sınaqları 2019-cu ildə başlayacaq”.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Pentaqonun Prespektivli Araşdırma Layihələri İdarəsinin (DARPA) rəhbəri Stiven Uoker bəyan edib.

“Rusiya və Çin kimi ölkələrlə rəqabət apardığımızı anlayırıq. Odur ki, hərbi texnologiyaların inkişafına xüsusi diqqətin yönəldilməsi zəruridir”, - deyə Uoker bildirib.

O, DARPA-da artıq bir neçə ildir ki, ABŞ Quru Qoşunları, Hərbi Dəniz Qüvvələri, Hərbi Hava Qüvvələri və NASA ilə birgə hipersəs silahı üzrə işlərin aparıldığını vurğulayıb.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin