Ordu.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Türkiyə hazırda ÜDM-sinin 1,53%-ni müdafiəyə ayırır. Bunun ləvazimata ayrılan hissəsi 30,40/%-dir ki, bu da NATO-nun 20%-lik tələbini üstələyir.
Bəzi NATO mütəxəssisləri Türkiyənin S-400 sistemlərini alacağı təqdirdə 2%-lik hədəfə asanlıqla nail olacağını, lakin bu sistemlər NATO sistemlərinə uyğun olmasa, faydasız olacağını bildirir.
Qeyd edək ki, hazırkı rəqəmlərə görə sadəcə 5 NATO üzvü öz ÜDM-sinin ən azı 2%-ni müdafiəyə xərcləyir: ABŞ, Birləşmiş Krallıq, Polşa, Estoniya və Yunanıstan.
Ağalar Ağalarlı
Ordu.az