ABŞ-ın Ankaradakı səfirliyi fəaliyyətini dayandıracaq

2018/03/919_1520229022.jpg
Oxunub: 1560     13:44     05 Mart 2018    
ABŞ-ın Ankaradakı səfirliyi martın 5-də təhlükəsizlik anlayışlarından çıxış etməklə öz fəaliyyətini dayandıracaq.

Ordu.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, bu barədə ABŞ diplomatik misiyasının bəyanatında bildirilir.

“Ankaradakı səfirlik ABŞ vətəndaşlarını təhlükəsizlik təhdidinə görə 5 mart 2018-ci il tarixindən etibarən bağlanacağı barədə məlumatlandırır. Səfirlik bir müddət sonra öz işini yeniləyəcək”, - deyə bəyanatda qeyd edilir.

Həmçinin fəaliyyətin dayandırılması zamanı səfirliyin yalnız fövqəladə hallarda yardım göstərəcəyi vurğulanır.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   ABŞ  


Bizi "telegram"da izləyin