ABŞ gizli şəkildə Rusiyanın nüvə güclü qanadlı raketinin sınaqlarını izləyib

2018/03/received_2486881914871295_1520087258.jpeg
Oxunub: 3792     00:14     04 Mart 2018    
Rusiyanın yeni nüvə güclü qanadlı raket hazırladığını iddia etməsinin ardından bəzi mənbələr ABŞ hökumətinin hər zaman bu məsələni aktiv şəkildə nəzarətdə saxladığını bildirib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, hətta iddialara görə bu izləmələr zamanı həmin silahların bəzilərinin sınağının keçirildiyi və uğursuzluqla nəticələndiyi müşahidə edilib.

İddialara görə, ABŞ bu silahların hazırlanma prosesini bütün mərhələlərini nəzarətdə saxlayıb və məlumatları gizli saxlayıb.

Xatırladaq ki, martın birində Pentaqonun mətbuat katibi Dana Uayt Putinin haqqında danışdığı silahların heç birisinin yeni olmadığını bildirib.

“Bu silahlar, Putinin haqqında danışdığı silahlar çox uzun müddətdir ki, təkmilləşdirilmə prosesindədir. Bizim nüvə doktrinamızda onların hamısı diqqətə alınıb”, - deyə sözçü əlavə edib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Rusiya   Pentaqon  


Bizi "telegram"da izləyin