“Yaxın Şərqdəki qonşu ölkələrlə əlaqələrin yaxşılaşmaqda davam etdiyi bir vaxtda Livan ordusu öz ölkəsini İsraildən qorumağa tam hazırdır”.
Ordu.az xəbər verir ki, bu barədə Livan Silahlı Qüvvələrinin komandiri general Cozef Aoun bildirib.
“Ordu cənub sərhədlərində İsrail ordusu ilə potensial qarşıdurmaya girmək və özünün quru və su sərhədlərini qorumaq üçün hazırlığına davam edir”, - deyə komandir əlavə edib.
Ağalar Ağalarlı
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
Livan-İsrail
Müharibə