Kabil hücumu NATO karvanını hədəf alıb

2018/03/76567_1520072353.jpg
Oxunub: 2033     18:17     03 Mart 2018    
Dünən Kabildə baş vermiş partlayışın hədəfi ərazidən keçən NATO-nun hərbi karvanı olub.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə hadisə zamanı xəsarət alan iki nəfər Avstraliyalı kontraktor bildirib.

Qeyd edək ki, hadisə zamanı ətrafdakı binalarda xeyli dağıntı baş versə də, hücumun əsas hədəfi olan NATO karvanından yan ötüb və karvan sürətli şəkildə ərazidən keçib.

Son rəqəmlərə görə partlayışda bir nəfər həlak olub, 14 nəfər isə yaralanıb.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kabil   NATO  


Bizi "telegram"da izləyin