“Ruslar bizdən qorxmurlar” – ABŞ generalı

2018/03/917_1520070841.jpg
Oxunub: 4366     17:48     03 Mart 2018    
“Rusiyanın prezident seçkilərinə müdaxiləsinə cavab tədbirlərinin heç bir effekti olmadı”.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə ABŞ Quru Qoşunları Kiber komandanlığının rəhbəri Pol Nakasone bəyan edib.

“Rusiya kiber məkanda ABŞ-ın ən ciddi rəqibidir. Onlar kiber sahədə bizi qabaqlamaq üçün böyük işlər görürlər”, - deyə Nakasone bildirib.

O qeyd edib ki, Rusiyanın həyata keçirdiyi siyasəti analiz edərək rusların artıq ABŞ-dan qorxmadığını iddia etmək olar.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   ABŞ  


Bizi "telegram"da izləyin