Rusiya “Anqara” raketini modernləşdirmək qərarına gəlib

2018/03/914_1520068495.jpg
Oxunub: 3947     17:19     03 Mart 2018    
“Qərara gəlmişik ki, “Anqara-5” ağır tipli raket daşıyıcısı modernləşdiriləcək”.

Ordu.az Eurasian-defence.ru saytına istinadən xəbər verir ki, bu barədə Rusiya baş nazirinin müavini Dmitri Roqozin bəyan edib.

O qeyd edib ki, raket modernləşmədən sonra Amerika istehsalı olan daşıyıcılardan heç nədə geri qalmayacaq.

“Ən azından 2021-ci ildə “Anqara”nın seriyalı istehsalı təmin ediləcək. Hesab edirəm ki, bu, real və məntiqli addımdır”, - deyə Roqozin bildirib.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya-silahlanması   Anqara   Dmitri-Roqozin  


Bizi "telegram"da izləyin