Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə məlumat Qlobal Atışgücü indeksində qeyd olunub.
133 ölkənin müqayisə olunduğu hesabatda ilk beşliyi təşkil edən ölkələrdən müttəfiq ABŞ, Hindistan və Fransanın ümumi gücünün Çin və Rusiyanınkını üstələdiyi aydın olub.
Ən çox müdafiə büdcəsi olan ilk beşlik isə uyğun olaraq ABŞ, Çin, Hindistan, Rusiya və Birləşmiş Krallıqdır. Birləşmiş Krallığın Fransadan daha çox müdafiə büdcəsinə sahib olmasına baxmayaraq, hesabatda Fransa ordusunun Britaniya ordusundan daha güclü olduğu göstərilib.
Çünki müdafiə xərcləri, indeksin hazırlanması üçün istifadə edilən təxminən 50 faktordan sadəcə biridir. Digər nüanslar isə arsenaldakı silahlar, istifadəyə yararlı insan ehtiyatı, resurslar, yerli sənaye və s.-dir.
Ağalar Ağalarlı
Ordu.az