“Aİ Rusiya və ABŞ-ın təsirinin güclənməsindən yayınmaq istəyir” - Yunker

2018/03/456456_1520064798.jpg
Oxunub: 1396     16:12     03 Mart 2018    
“Avropa İttifaqı Qərbi Balkan ölkələrində Rusiya və Birləşmiş Ştatlarının rolunun güclənməsindən yayınmaq istəyir”.

Ordu.az “Euronews”a istinadən xəbər verir ki, bu barədə Avropa Komissiyasının sədri Jan-Klod Yunker bəyan edib.

“Avropa İttifaqı Qərbi Balkan ölkələrində bu dövlətlərin Aİ-yə üzv olması prosesində ABŞ-ın təsirinin artmasında qaçmaq istəyir. Belə ki, bu, regionda Rusiyanın da güclənməsi ilə nəticələnəcək”, - deyə Yunker bildirib.

O qeyd edib ki, Avropa İttifaqı ABŞ və Rusiyanın yatırımlarını müsbət qarşılayır, lakin regionda Birləşmiş Ştatların təsirinin güclənməsinə Moskvanın biganə qalmayacağı da gün kimi aydındır.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Yunker    


Bizi "telegram"da izləyin