NATO: Rusiyanın müttəfiqlərə qarşı xəbərdarlığı qəbuledilməzdir

2018/03/41984516316_1520063282.jpg
Oxunub: 3572     15:52     03 Mart 2018    
Rusiya prezidenti Vladimir Putinin çərşənbə axşamına təsadüf edən nitqində NATO üzvlərinə xəbərdarlıq etməsi qəbul edilməzdir və bu, gərginliyin azaldılmasına xidmət etmir.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə NATO-nun mətbuat katibi Oana Lunqesku bildirib.

Biz yeni Soyuq Müharibə və ya yeni silah yarışı istəmirik. Bütün müttəfiqlər silahlara nəzarət razılaşmasını dəstəkləyir. Bu müqavilə hər kəsin faydasınadır və qarşılıqlı inamı gücləndirir”, - deyə o əlavə edib.

Sözçü bir daha alyansın raketdən müdafiə sistemlərinin Rusiyanın hədəf almadığını, sadəcə avroatlantik məkanın xaricindən gələ biləcək ballistik raketlərə qarşı olduğunu xatırladıb.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: NATO   Rusiya   ABŞ  


Bizi "telegram"da izləyin