Rusiya Şərqi Qutada terrorçu snayperlər aşkarlayıb

2018/03/1025700278_1520060999.jpg
Oxunub: 3044     15:11     03 Mart 2018    
Rusiya ordusunun əsgərləri Şərqi Qutadakı humanitar dəhlizdən istifadə edən mülki şəxsləri hədəf alan snayper terrorçuları aşkar edib.

Ordu.az “Sputnik”ə istinadən xəbər verir ki, bu barədə Rusiyanın Suriya Uzlaşma Mərkəzinin mətbuat katibi general-mayor Yuri Yevtuşenko bildirib.

“Nəzarət məntəqəsi yaxınlığındakı vəziyyət gərgin olaraq qalmaqdadır. Dünən axşamdan etibarən snayperlər nəzarət məntəqəsinə yaxınlaşanları atəşə tutmağa davam edirlər. Bu gün “Cəyş əl-İslam” terrorçuları təhlükəsizlik dəhlizinə iki minomyot atıb”, - deyə Yevtuşenko vurğulayıb.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Şərqi-Quta  


Bizi "telegram"da izləyin