Moskva XHK-lar üçün konseptual çərçivə hazırlayır

2018/03/456456_1520059201.jpg
Oxunub: 2830     14:43     03 Mart 2018    
Rusiya Müdafiə Nazirliyi gələcək potensial xüsusi hərbi kompaniyalara təlim keçmək məqsədilə ideal platforma yaradılması üçün əməkdaş təşkilat kimi Ordu, Aviasiya və Donanma ilə Əməkdaşlıq üçün Rusiya Könüllü Cəmiyyətini (DOSAAF) seçib.

Ordu.az “Sputnik”ə istinadən xəbər verir ki, bu barədə DOSAAF-ın müdir müavini Nikolay Staskov bildirib.

“Mən xüsusi hərbi kompaniyalarla bağlı qanun layihəsi hazırlanması işinə cəlb edilmişəm. Biz Müdafiə Nazirliyinin Baş Qərargahı ilə əlaqə saxladıq. Hesabatımızın sonunda Müdafiə Nazirliyi və Baş Qərargah belə nəticəyə gəldilər ki, DOSAAF xüsusi hərbi kompaniyaların hazırlanması üçün ideal platformadır”, - deyə Staskov qeyd edib.

O vurğulayıb ki, DOSAAF-ın qeyri-hökumət təşkilatı olması xüsusi hərbi kompaniyalara təlim keçə biləcək potensialı olan digər təşkilatlara nəzərən onun üstünlüyü olub.

O, Rusiya səlahiyyətlilərini xüsusi hərbi kompaniyalarla bağlı ən qısa zamanda qanun qəbul edilməsinə çağırıb.

“Bədbəxtlikdən istənilən müharibə itkilərlə nəticələnir. Buna görə də bizim öz vətəndaşlarımızın sosial təhlükəsizliyini zəmanət altına almağa ehtiyacımız var. Nəticədə hər kəs əmin olacaq ki, onun işi üçün ödəniş ediləcək və nəsə baş verəcəyi halda ailəsi yardım alacaq”, - deyə o əlavə edib.

Dövlət Dumasının Müdafiə Komitəsinin sədri Vladimir Şamanov parlamentin xüsusi hərbi kompaniyalarla bağlı qanun layihəsi hazırlanması məqsədilə işçi qrupun formalaşdırıldığını bildirib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   XHK   DOSAAF  


Bizi "telegram"da izləyin