Çin aslanların mübarizəsində müşahidəçi qalmağı planlaşdırmır

2018/03/84_1520016952.jpg
Oxunub: 3550     02:51     03 Mart 2018    
Rusiya və ABŞ arasında gedən mübarizə fonunda Çin kənardan müşahidəçi qismində qalmaq niyyətində deyil.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə “Jenmin Jibao” nəşri məlumat yayıb.

Məlumatda Çinin Hərbi Dəniz Qüvvələri quruculuğuna xüsusilə diqqətinin artırılması vurğulanır.

Çin Gəmiqayırma Sənaye Korporasiyası (CSIC) nüvə qurğularına malik aviadaşıyıcının yaradılması üzrə işlərə başladığı barədə məlumat yayıb.

Şirkət həmçinin yeni tip nüvə sualtı gəmisi və səssiz sualtı qayıqlar yaratmaq niyyətindədir. Bu planların artıq 2025-ci ilədək realizə edilməsi nəzərdə tutulub.

Qeyd edək ki, Çin hökuməti rəsmi şəkildə atom aviadaşıyıcısının yaradılması layihəsini təsdiqləyib.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Çin   Atom-aviadaşıyıcısı   Silahlanma-yarışı  


Bizi "telegram"da izləyin