Rusiya MN Dağıstan torpedaları alacaq

2018/03/81_1520015978.jpg
Oxunub: 3229     02:34     03 Mart 2018    
Rusiya Müdafiə Nazirliyi “Dağdizel” zavodu ilə 73 ədəd elektrik torpedasının təchizatına dair müqavilə imzalayıb.

Ordu.az Popmech.ru saytına istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Yeni torpedalar Rusiya Hərbi Dəniz Donanması üçün alınır və 2023-cü ilədək bütün torpedaların orduya təhvil verilməsi planlaşdırılır.

Qeyd edək ki, UET-1 adlanan yeni elektrik torpedalar yetərincə böyük məsafə - 25 kilometr qət edə bilir. Onların maksimal surəti 50 dəniz mili təşkil edir, artıq 3,5 kilometr məsafədə isə sualtı hədəfləri aşkarlayır.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Rusiya-ordusu   Torpeda  


Bizi "telegram"da izləyin